AZ

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

Bu ilin yanvar-mart aylarında 121,5 min hektar sahədə yazlıq bitkilər əkilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin dövrü ilə müqayisədə 8,6 faiz çoxdur. Əkilən sahənin 20,7 min hektarını dənli və dənli paxlalı bitkilər əhatə edib. Bu sahənin 3 min hektarı dən üçün qarğıdalıya ayrılıb. 27,1 min hektar sahədə kartof, 27,3 min hektar sahədə tərəvəz, əkilib.
Bundan başqa, 3,5 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə şəkər çuğunduru, 36,5 min hektar sahədə çoxillik otlar və 3,5 min hektar sahədə birillik otlar əkilib.

Əvəz Həsənov

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq