AZ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

1990-cı illərdə “Nokia”nın əfsanəvi modelinə çevrilən və böyük tələb görən 3210 modelinin yenidən istehsalına başlanılacaq. 


Sfera.az xatırladır ki, bir vaxtlar mobil telefon bazarının lideri olan “Nokia”nın düyməli modeli olan 3210 ilk dəfə 1999-cu ildə satışa çıxarılmışdı. 


Şirkət 3210 modelini yenidən istehsal etməklə bu günə uyğunlaşdırmaq istəyir. Cihaz smartfon kimi buraxılmayacaq, amma 4G bağlantısı, “Bluetooth” dəstəyi və daha uzun batareya ömrü kimi bugünkü standartlara cavab verən xüsusiyyətlərlə təchiz ediləcək. Köhnə dizayn qorunmaqla yanaşı arxa tərəfinə 2024-cü ilə uyğun dizayn veriləcək və köhnə modeldə olmayan arxa kamera yerləşdiriləcək.

 

Vasif


 

Seçilən
52
5
Mənbələr
Şərh ()
Bağla