AZ

"Azerfloat" barəsində inzibati protokol tərtib olundu

"Azerfloat" QSC cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, QSC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə "Azerfloat" 1500 manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla