AZ

Tacikistan XİN Rusiya səfirinə nota təqdim edib

Düşənbə. Trend:

Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirinənota təqdim edib.

Trend bu barədə Tacikistan XİN-ə istinadən xəbər verir.

"Aprelin 29-da Rusiyanın Tacikistandakı səfiri Semyon QriqoryevəTacikistan Xarici İşlər Nazirliyinin notası təqdim olunub vəRusiyada Tacikistan vətəndaşlarına qarşı açıq-aşkar mənfimünasibətlə bağlı kütləvi hallar, eləcə də onların hüquq vəazadlığının hər yerdə pozulması ilə əlaqədar ciddi narahatlıq ifadəolunub", - məlumatda qeyd olunub.

Tacikistan vətəndaşlarına qarşı bu cür münasibətinTacikistan-Rusiya əlaqələrinin ruhuna və ənənələrinə zidd olduğuqeyd olunub.

Qeyd edək ki, Tacikistan XİN-in aprelin 27-nə olan məlumatınaəsasən, Moskvada Vnukovo Beynəlxalq Hava Limanında müvəqqətisaxlanılma zonasında lazımi sanitariya şəraiti təmin olunmadan 954Tacikistan vətəndaşı saxlanılıb. Bunların arasında ölkənin təhsilkvotası hesabına Rusiya ərazisində təhsil alan tacikistanlıtələbələr də var. Onlar kifayət qədər isti qida ilə təmin olunmur.Tacikistanlı diplomatlar diaspor nümayəndələrinin əməkdaşlığı iləVnukovo hava limanına qida çatdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq