AZ

Makrondan qalmaqallı açıqlama: ABŞ və NATO-ya meydan oxudu

Fransa Prezidenti Makron nüvə silahları da daxil olmaqla “vahid Avropa müdafiə qalxanı” ilə bağlı müzakirələrə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Fransa lideri Avropanı ABŞ-dən asılılığını azaltmağa da çağırıb.

“Raket əleyhinə müdafiə, uzaqmənzilli raketlər və nüvə silahlarına malik olanlar və ya onların ərazisində Amerika nüvə silahı olanlar üçün nəzərdə tutulmalı olan bu müzakirənin açılmasının tərəfdarıyam. Gəlin hər şeyi masaya qoyaq və bizi həqiqətən nəyin etibarlı şəkildə qoruduğunu görək. Bu, raket qalxanlarının yerləşdirilməsi demək ola bilər, amma biz onların bütün raketləri tutmasını və nüvə silahından istifadənin qarşısını almasını təmin etməliyik”, - Makron bildirib.

Fransa prezidenti qeyd edib ki, Avropanın ABŞ-dən daha az asılı olan müdafiə strategiyası olmalıdır

Avropanı ABŞ-dən müstəqil, etibarlı müdafiə strategiyası qəbul etməyə çağıran Makron sözlərini belə davam etdirib:

“Etibarlı olmaq həm də rusları çəkindirmək üçün uzaqmənzilli raketlərə sahib olmaq deməkdir. Nüvə silahları da var, Fransanın doktrinası ondan ibarətdir ki, həyati maraqlarımız təhlükə altına düşəndə ​​biz onlardan istifadə edə bilərik. Mən təfərrüatlara varmadan artıq dedim ki, bu həyati maraqların Avropa ölçüsü var. Çünki bu çəkindirmə Avropa müdafiəsinin etibarlılığına töhfə verəcək”.

“Vahid Avropa müdafiə qalxanı” yaratmaq ideyası Parisin çoxdankı məqsədlərindən biri olsa da, NATO çətirinin daha etibarlı olduğunu iddia edən digər Avropa Birliyi ölkələrinin müqaviməti ilə üzləşir. ABŞ də bunu qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla