AZ

Ramzan Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Çeçenistanın rəhbəri Ramzan Kadırov 16 yaşlı oğlu Adam Kadrovu Qudermes şəhərində (Çeçenistan) yerləşən və Vladimir Putinin adını daşıyan Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə kurator təyin edib. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Latviyanın “Meduza” saytı yayıb. 


“Meduza”nın məlumatına görə, universitetin rektoru Baybetar Vayxanovun özü Kadırovdan belə bir xahiş edib. 


Ramzan Kadırov hesab edir ki, oğlu məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır və buna görə də ona tapşırılan vəzifələrin öhdəsindən gələcək. 


Adam Kadırova yeni təyinatdan sonra hansı vəzifələrin həvalə ediləcəyi isə açıqlanmayıb. Nəşrin məlumatına görə, bu ilin fevral ayında Adam Kadırov Dubayda keçirilən xüsusi təyinatlıların “SWAT Challenge” yarışında medal qazanıb. “Meduza” bildirir ki, 16 yaşlı Adam sözügedən yarışda işitrak etməyib. 


Kadırovun oğlu bu mükafatla bərabər Çeçenistanın bir sıra mükafatlarına, xüsusən "Çeçenistan Qəhrəmanı" adına layiq görülüb və Çeçenistan rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Vasif

 

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla