AZ

“Darmştadt” Bundesliqanı tərk etdi

“Darmştadt” futbol üzrə Almaniya Bundesliqasının 2023/2024 mövsümünün nəticələrinə əsasən elitanı tərk edəcək.

Arena.az xəbər verir ki, 5 illik fasilədən sonra ötən yay elitaya yüksəlmiş bu komanda uğursuz mövsüm keçirdiyi üçün Bundesliqadakı yerini yenidən itirib.

Bu, sözügedən kollektivin Bundesliqanın 31-ci turu çərçivəsində ötən gün doğma meyanda “Haydenhaym”a məğlubiyyətindən sonra dəqiqləşib. 0:1 hesabıyla uduzan darmştadtlılar mövsümün sonuna 3 tur qalmış elitada qalmaq yolunda bütün şanslarını itiriblər.

Bu nəticədən sonra “Darmştadt” 17 xalla Bundesliqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Sözügedən komanda cari mövsümdə cəmi 3 qələbə qazanıb, 8 heç-heçə edib və 20 məğlubiyyətə üzülüb.

Bundesliqanı tərk etməyə digər əsas namizəd “Köln”dür. Bu komanda 23 xalla 17-ci sırada qərarlaşıb. 28 xalla 16-cı olan “Maynts” isə pley-off oyunu keçirə bilər. Amma pilləni tutmağa digər namizədlər də var və bu baxımdan son 3 turun nəticələri böyük maraq doğurur.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq