AZ

NATO Baş katibi: Ukrayna aylarla silah-sursatsız qaldı və Rusiya cəbhə boyu təzyiq edə bildi

“Sizin liderliyiniz bizim hamımız üçün güclü bir nümunədir. Ukrayna xalqının və Silahlı Qüvvələrinin cəsarəti bütün dünyanı heyran edir. Lakin Rusiya işğalına qarşı mübarizədə liderlik və cəsarət kifayət deyil, sizin silahlara ehtiyacınız var”.

APA xəbər verir ki bunu NATO Baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO müttəfiqləri müharibənin ilk günündən indiyədək görünməmiş həddə Ukraynaya hərbi yardım ediblər.

NATO Baş katibi Ukraynaya son aylar hərbi yardımın gecikməsinə də toxunub: “Mən anlayıram ki, ciddi gecikmələrin döyüş meydanında ciddi nəticələri oldu. ABŞ aylarla davam edən müddətdə hərbi yardım paketini təsdiqləyə bilmədi, Avropa müttəfiqləri vəd etdiyi həcmdə silah-sursatı Ukraynaya təmin edə bilmədi. Ukrayna aylarla silah-sursatsız qaldı. Bu isə o deməkdir ki, Rusiya qüvvələri cəbhə boyu təzyiq edə bildi”.

Stoltenberq vurğulayıb ki, Ukraynanın qalib gəlməsi üçün hələ də gec deyil və daha çox dəstək yoldadır.

Seçilən
69
4
Mənbələr
Şərh ()
Bağla