AZ

KİV: Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan mənbələrdən məlumat sızdırılıb.

O eyni zamanda, 9 may “Qələbə günü” münasibətilə keçiriləcək bayram tədbirlərinə də qatılmayacaq. Bildirilib ki, bununla o, ölkəsinin bir müttəfiq kimi Rusiyadan narazı olduğunu nümayiş etdirmək niyyətindədir.

Bununla belə, Ermənistanın hökumət başçısının Rusiyada yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10-cu sammitində iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 7-də rəsmən vəzifəsinin icrasına başlayacaq.

Seçilən
33
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq