AZ

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanasəfər edəcək.

Trend-inməlumatına görə, nazir 1-3 may tarixlərində Bakıda keçiriləcək"Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq vəqarşılıqlı fəaliyyət" mövzusunda VI Ümumdünya MədəniyyətlərarasıDialoq Forumunda deyib.

Mədəniyyətlərarası Dialoq Forumunda həmçinin, ÖzbəkistanMüsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Holiknazarov,Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının spiker müaviniZuhra İbrahimova, Özbəkistan parlamentinin deputat və senatorlarıiştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə ümumilikdə dünyanın müxtəlif ölkələrindən700 yüksək rütbəli qonaq iştirak edəcək. 100-dən çox ölkəni təmsiledən iştirakçılar arasında nazirlərlə yanaşı, həmçinin 60-a yaxınölkənin mədəniyyət nazirliklərinin və 28 beynəlxalq təşkilatınnümayəndələri yer alacaq.

Forum çərçivəsində Nazirlər Konfransı və beynəlxalqtəşkilatların yüksək səviyyəli toplantısı keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkilolunan tədbir nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-ninSivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-ninÜmumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
14
2
Mənbələr
Şərh ()
Bağla