AZ

“Kəpəz” mənim üçün özəl klubdur” – nigeriyalı futbolçu

“Kəpəz” Premyer Liqanın 32-ci turunda “Qəbələ”ni məlub edərək Premyer Liqada qalmağı rəsmiləşdirdi.

Görüşün ardından Gəncə klubunun nigeriyalı futbolçusu Olavale Onanuqa qarşlışma barədə fikirlərini İdmanxeber.az saytına açıqladı:

“Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Çünki hədəfimizə çatdıq. Premyer Liqada qalmaq bizim üçün vacib idi.

Deməzdim ki, “Qəbələ” ilə oyunlarımız asan alınır. Yaxşı nəticələr hər zaman çox çalışmaqla əldə olunur”.

27 yaşlı futbolçu yayda “Kəpəz”dən ayrılıb-ayrılmayacağı barədəki suala belə cavab verib:

“Kəpəz”də hər şey qaydasındadır. Gələcəyi yalnız Allah bilir. Bu komanda mənim üçün çox özəldir. Hazırda heç bir klubdan təklifim yoxdur”.

Həsən Quluzadə

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq