AZ

ABŞ-da qazma qurğularının sayı azalıb

ABŞ-da enerji şirkətləri tərəfindən fəaliyyətdə olan neft və təbii qaz qazma qurğularının sayı bir həftəlik artımdan sonra yenidən azalıb.

“İki sahil” xəbər verir ki, “Baker Hughes”in hesabatına görə, aprelin 26-da bitən bir həftəlik dövrdə ölkədəki neft və təbii qaz qazma qurğularının ümumi sayı 6 ədəd azalaraq 613-ə çatıb.

Qazma qurğuları ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 ədəd azdır.

Neft qazma qurğularının sayı 5 ədəd azalaraq 506 ədəd, təbii qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 105 ədəd, hər iki məhsul üzrə birgə işləyən qazma qurğularının sayı isə dəyişməyərək 2 ədəd olub.

Neft hasilatı ilə bağlı gələcək proqnozları müəyyən edən qazma qurğularından 596-sı quruda, 17-si isə suda yerləşir. Əvvəlki həftə ilə müqayisədə quruda qazma qurğularının sayı 3 ədəd, açıq sularda da 3 ədəd azalıb.

Həmin həftə Kanadada qazma qurğularının sayı 9 ədəd azalaraq 118-ə düşüb. Ölkə üzrə neft buruqlarının sayı 4 ədəd azalaraq 56 ədəd, təbii qaz buruqlarının sayı isə 5 ədəd azalaraq 62 ədəd müəyyən edilib.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla