AZ

Bakıda 5 milyon manata ev satılır - Gözqamaşdıran fotolar

Bakı şəhərində ev fantastik qiymətə - 5 milyon manata satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, mülk paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşir. Lüks villanın sahəsi nə az, nə çox, 600 kvadratmetrdir və 9 otaqdan ibarətdir. 

Villanın 8,5 sot torpaq ərazisi var.  3 mərtəbəli ev 6 yataq otağı, 2 zal, 2 mətbəx, 4 sanuzeldən ibarətdir. Evin həmçinin qapalı hovuzu, saunası da var. 

Həmçinin lüks malikanənin həyətində kabab bişirmək üçün xüsusi kabab evi terrası da mövcuddur. 

Satıcı qeyd edir ki, 3 mərtəbəli evin sadəcə 15 günlük dekor işi qalıb. Bu da alıcının istəyinə görə ediləcək. Oboy seçimi də evi alanın zövqünə buraxılır.

Əsmətxanım 


Telegram kanalımız
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla