AZ

Rusiya ONUNDANKƏNAR vəziyyətdə qaldı BİZİM ŞƏRH

Qazaxin 4 kəndinin Azərbaycana qaytarılması bölgədə bir çox planları pozdu.

Pozulan planlardan biri də Rusiyanın sərhədlərin müəyyənləşdirilməsində iştirakı üçün göstərdiyi çabalar oldu.  

Dəfələrlə həm xarici işlər naziri Sergey lavrov, həm nazirliyin sözçüsü Mariya Zaxarova bildirmişdilər ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün lazım olan xəritələr Rusiyadadır.

Amma...

Qazaxın 4 kəndinin qeyd-şərtsiz Azərbaycana qaytarılmasından sonra dərhal sərhədlərin müəyyənləşdirilməsinə, həm delimitasiya, həm də ləngimədən demarkasiya işlərinə başlaması Rusiyanın planlarına yəqin ki, daxil deyildi.

Bu azmış kimi, iki ölkə arasında əldə olunan razılaşmada göstərilib ki, müəyyənləşdirilmiş sərhədləri eyni anda Azərbaycan və Ermənistan sərhəd qoşunları nəzarətə götürəcək. Deməli ərazidə Rusiya sərhədçilərinə ehtiyac qalmayacaq.

Herbiand.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla