AZ

NATO rəhbərini dəyişir – Ərdoğanın namizədi açıqlandı

Türkiyə NATO baş katibi seçkiləri ilə bağlı qərarını verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hollandiya mətbuatı NATO mənbələrinə istinadla məlumat yayıb.

İddiaya görə, rəsmi Ankara Hollandiya Baş naziri Mark Rutteyə dəstək vermək qərarına gəlib.

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya bundan əvvəl hazırkı baş katib Yens Stoltenberqin xələfi olaraq Rutteni dəstəkləyəcəyini açıqlayıb.

Rutte ötən həftə Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Hollandiya başçısı Türkiyə prezidenti ilə görüşdən sonra belə demişdi:

“NATO-nun yeni baş katibində hansı xüsusiyyətləri görmək istədiyimiz barədə fikirlərimizi bölüşdük. Türkiyəyə yönəlik müdafiə sənayesi maneələrinin aradan qaldırılması şərtdir. Qərarımızı strateji müdriklik və ədalətlilik çərçivəsində verəcəyimizə heç kimin şübhəsi olmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
3
Mənbələr
Şərh ()
Bağla