AZ

Eks-xarici işlər naziri Ermənistanda çevirilişə çağırdı

Ermənistana hakimiyyət dəyişikliyi olmalıdır, bizə bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır.

Modern.az xəbər verir ki, bu çağırışla aprelin 29-da keçirilən müzakirədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib.

“Cəmiyyətin qütbləşməsinə son qoymaq vacibdir. Ermənistan polis dövlətinə çevrilmək ərəfəsindədir”, - Vardan Oskanyan bildirib.

Qeyd edək ki, son günlər Ermənistanda müxalifət Paşinyan hökumətinə qarşı xeyli fəallaşıb. Müxalifət Qazaxın işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasından Paşinyanı devirmək üçün istifadə etməyə çalışır. Artıq bir həftədən çoxdur Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilməkdədir.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla