AZ

Astana formatı, yoxsa... – BİZİM ŞƏRH

Azərbaycan Prezidenti beynəlxalq beyin mərkəzlərinin nümayəndələri ilə ADA-da keçirilən görüşdü bildirmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Hələlik görüşün vaxtı dəqiqləşməsə də məkan dəqiqdir. - Astana.

Astanada görüşün keçirilməsi təklifini Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı vermişdi. O Qazaxıstanın Azərbaycan və Ermənistan sülh prosesinə dəstək vermək üçün yeni bir danışıqlar müstəvisi təklif edə bilər.

Beləliklə qərara artıq Tokayevin bu təklifi reallaşır. Azərbaycan və Ermənistan yeni bir müstəviyə keçir.

Bu müstəvinin özəllikləri nədən ibarətdir?

BİRİNCİSİ – Astanada Qazaxıstan nə moderator, nə də orbitr olmayacaq.

İKİNCİSİ – Qazaxıstan Türk dövlətidir və Türk birliyinin formalaşmasında dəstək verməkdə maraqlıdır.

ÜÇÜNCÜSÜ – Qazaxıstan KTMT üzvüdür və Rusiyanın qısqanc yanaşması qismən də olsun neytrallaşmış olacaq.

DÖRDÜNCÜSÜ – Qazaxıstanın orbitr və ya moderator olmayacağı Qərbi də razı salır.

BEŞINCISI  - Proseslərdə oyjndan kənar qalan Fransa görüşün Astanada keçirilməsinə qarşı çıxa bilmir. Çünki Qazaxıstanla uran sövdələşməsində maraqlıdır və anlayır ki, bu sövdələşmə baş tutsa tranzit ölkə kimi Azərbaycana ehtiyacı olacaq. Belə bir ehtiyacın ödənməsini isə rəsmi Astana təmin edə bilər.

Bütün bu özəlliklər Astananı daha cəlbedici edir. Amma Astananın bir özəlliyi də var. Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiləşdirilmısi məhz Astana sənədinə görə, tənzimlənir. Necə deyərlər, oradan başlayıb, orada da bitəcək.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla