AZ

Elgiz Əkbər: “Çəkildiyim filmdən 20 min manat qonorar aldım” – VİDEO 

Aparıcı Elgiz Əkbər çəkildiyi “Elçilik” bədii filmdən aldığı qonorarı açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

Elgiz bildirib ki, sözügedən ekran əsərindən 20 min manat qonorar alıb: 

“Mən bir bölüm üçün 20 min manat qonorar istəyirəm. 20 min manat pul alıb “Elçilik” filmində çəkildim. O da bir bölüm idi. Vətəndaşlarımız da gəldilər, həmin filmi kinoteatrlarda izlədilər və çox bəyəndiklərini söylədilər. O filmi çəkənlər xərclədikləri vəsaiti qazana bildilər. Mən xəstə insanam. Verilişdən çıxıb, başım gicəllənə-gicəllənə çəkiliş meydançasına gedirdim. Gecə saat 05:00-a kimi bir ay yarım o film çəkildi. Mən nə qədər əziyyətlər çəkdim. Bir ay yarım yuxu üzünə həsrət qaldım”. 
Lakin sözügedən filmdə rol alan verilişin digər aparıcısı Pərvanə Tahirqızı hələ indiyə kimi qonorar ala bilmədiyini etiraf edib. O bildirib ki, bununla bağlı rejissora nə qədər müraciət etsə də, hələ də qonorarını ona verməyiblər.  
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
41
50
Mənbələr
Şərh ()
Bağla