AZ

Albert Eynşteynin DİNİ: Bütün varlığın özəyi və özü

Əvvəl ondan başlayaq ki, Albert Eynşteynin belə bir məşhur fikri var: “Ateistlik yolu keçməklə dindar oldum”.

Eynşteynə yaxından bələd olmayanların demək olar ki, hamısını bu fikir həmişə çaşdırıb.

İndi isə gəlin Eynşteynin din haqqında fikirlərinə baxaq: “…Tanrı sözü, mənə görə insan zəifliyinin məhsulu və təəssüratından başqa bir şey deyil. Bibliya (“İncil”) şərəfli sözlər toplusu olsa da, çox primitiv və uşaq əfsanələri yığınıdır. İzahsız və necə istifadə olunmasından asılı olmayaraq, bu mənim üçün dəyişməz olaraq qalır. İudaizm mənə görə, digər dinlər kimi uşaqcasına xurafatdan başqa bir şey deyildir… Mən mükafatlandıran və cəzalandıran Allaha, məqsədi bizim məqsədlərimizdən düzəlmiş Allaha inanmıram… Mən Spinozanın Allahına inanıram, – o Allaha ki, özünü bütün mövcudatın harmoniyasında göstərir. İnsanların əməlləri ilə maraqlanan və taleləri yazan Allaha inanmıram… Mən persona Allaha inanmıram. Bunu heç vaxt gizlətməmişəm və həmişə açıq demişəm”.

Yəqin ki, Eynşteynin dinlərə münasibətinin tam açılışı üçün bu fikirlər kifayət edir. Bəs niyə o özünə həm də dindar deyirdi?

Məsələ burasındadır ki, o həmişə vurğulayırdı: “Kainatı, dünya düzənini idarə edən mütləq bir harmoniya vardır. Başqa cür ola da bilməz. Bütün varlığın özəyi və özü olan enerjinin mütləq harmoniyadan doğduğuna bütün varlığımla inanır və buna səcdə edirəm!”

Eynşteyn üçün hər şey öz yolu ilə gedəcəkdi, bircə bu kvant fizikası ortaya çıxmasaydı. Yeni elm sahəsi, onun özünün dediyi kimi, qulağına əməlli-başlı birə salmışdı. Kəşflərinə birbaşa zərbə vurmasa da, klassik fizikadan daha çox, onun şəxsən özünə zərbə vurmuşdu. Çünki, kvant fizikasının məntiqsizliyi, Eynşteynin mütləq harmoniya inancını – dinini birbaşa alt-üst edirdi! Buna görə də, kvant fizikasının əsas yaradıcılarından olan Nils Borla söhbəti həmişə mübahisə və qanqaraçılıqla nəticələnirdi: “Mən indi 3 fundamental qüvvənin – elektromaqnetizmi, qravitasiya və nüvə qüvvəsinin birgəliyini Vahid Sahə Nəzəriyyəsində ifadə edərəm, siz də görərsiniz!”

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla