AZ

Ən zəngin qaraçı - FOTO

1970-ci ildə İngiltərədə yaşayan yoxsul Roman qaraçı ailəsində anadan olan Alfie Best 700 milyon funt-sterlinqdən çox sərvət toplayıb. Best indi Monakodakı milyonerlərin oyun meydançasına köçüb.

News24.az xəbər verir ki, 700 milyon funt-sterlinqdən çox sərvəti olan Britaniyanın ən zəngin qaraçısı Monakoya köçüb və İngiltərəyə bir daha qayıtmayacağını bildirib.

52 yaşlı Alfie Best, 12 yaşında məktəbi tərk edib. "Wyldecrest" kimi tanınan nəhəng ümummilli mobil ev saytı imperiyasını qurub.

Hazırda o, 700 milyon funt-sterlinq sərvətlə Sunday Times-ın zəngin siyahısındadır.

Qeyd edək ki, Fransanın cənub sahilində yerləşən Monakoya köçən Best İngiltərəyə gəlir vergisi ödəmir. Buna görə də ölkəsinə bir daha qayıtmayacağını deyir. Çünki o, gəlir vergisini ödəməməklə milyonlarla funt-sterlinqə qənaət edə bilər.

Onu da bildirək ki, dünyanın ilk "qaraçı milyarderi" olmaq yolunda olan Alfie Daily Mail-ə deyib:

 "Düzdür, mən Monakoda yaşayaraq fərdi gəlir vergisini ödəməyəcəyəm. Amma bütün şirkətlərim hələ də Böyük Britaniyadadır, ona görə də vergi ödəyəcəklər".

Günel Məlikzadə


Seçilən
8
2
Mənbələr
Şərh ()
Bağla