AZ

DİQQƏT! Təhlükə var! Bu dövlətlər sülhə qarşıdır – Məkrli plan

Son proseslərin fonunda Azərbaycanla Ermənistan arasında istər sülh, istərsə də delimitasiya-demarkasiya məsələsi ilə bağlı fəaliyyəti uğurlu hesab etmək olar.

İrəvan rəsmi Bakının tələbləri və prosesin şərtlərinə uyğun olan öhdəlikləri hələlik heç bir problem olmadan yerinə yetirir. 

Lakin Ermənistan daxilində bəzi qüvvəllər var ki, rəsmi İrəvanın addımlarına kəskin etiraz bildirir və bunu praktikada göstərir. Eyni zamanda bir sıra xarici qüvvələr də sülh və delimitasiya prosesinin uğurlu gedişinə heç də maraqlı deyil. Bəs görəsən danışıqların gedişində, hansısa üçüncü qüvvələrin təxribatçı müdaxiləsi gözlənilirmi?

KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, hazıda Ermənistan daxilində bu istiqamətdə cəhdlər edən qüvvələr yetərincədir:

“Azəbaycanla-Ermənistan arasında sülhün bərqərar olunmasını istəməyən xarici dövlətlər var. Lakin onların hər iki ölkəyə təsir imkanları xeyli fərqlidir. Azərbaycan artıq siyasi proseslərdə öz sözünü deməyi bacaran bir dövlətdir və heç bir xarici dövlətə imkan vermir ki, onun daxili işlərinə qarışsın. Başqa sözlə desək, Azərbaycan daxilində xarici qüvvələrin əmri ilə sabitliyi pozub, dövləti laxlatmağa, onu öz siyasi kursundan fərqli istiqamətə yönəltməyə qadir olan siyasi qüvvələr yoxdur. Lakin Ermənistanda belə qüvvələr var. Bu qüvvələrin bəziləri Rusiyaya, İrana və digər ölkələrin maraqlarına xidmət edir”.

Politoloq ermənilər və Ermənistan üçün ən yaxşı variantın yalnız sülh olduğunu qeyd edib:

“Hətta hakim zümrənin daxilində xeyli insan var ki, Fransanın göstərişi ilə hərəkət edir. Bu kimi qüvvələr sülh sazişinin əldə edilməsini istəmirlər. Lakin eyni zamanda obyektiv siyasi proseslərin öz qanunları var. Bu qanunlar tələb edir ki, Ermənistan yaşamaq istəyirsə, mütləq gərək Azərbaycanla sülh bağlasın, sərhədləri delimitasiya etsin və düşmənçiliyə son qoysun. Bu gerçəkliyin imlasıdır və erməni xalqının yaşamasının şərtidir. Bunu istəməyən xarici qüvvələr bunun qarşısını almağa çalışır”.  (Yenisabah.az)

Seçilən
6
50
Mənbələr
Şərh ()
Bağla