- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, 22-ci turun “Sumqayıt” – “Qarabağ” matçını 9300 azarkeş izləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur. Daha əvvəl bu arenada gerçəkləşən XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında 8100 tamaşaçı olub.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib – 1:0.
Rəşad Rafiqoğlu, Bizim.Media