AZ

Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Çin
Mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Azərbaycanda səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 1news.az xəbər verir ki, nümayəndə heyətini salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrdən söz açıb.
Bildirilib ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin Xalq Respublikası (ÇXR) arasında qarşılıqlı etimada əsaslanan etibarlı əlaqələr qurulub. İki ölkənin ildən-ilə genişlənən əlaqələrində mədəni əməkdaşlığın da xüsusi yeri var. 2023-cü ilin sentyabr ayında Çinə səfərini məmnunluqla yada salan Adil Kərimli orada keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, qədim və zəngin Çin mədəniyyətinin onda dərin təəssürat doğurduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin inkişafına da öz böyük töhfəsini verir.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin qəbula görə mədəniyyət nazirinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açan diplomat Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası və ÇXR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqələrinin daha da inkişafında maraqlı olduqlarını, bunun iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq diplomat bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifini səsləndirib.
Görüşdə ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao da iştirak edib.
Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28106
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27026
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19700
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18185
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14742
Sabah 20 dərəcə isti olacaq
10082
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10037
May ayında Azərbaycana qar yağdı - VİDEO
9000
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8801
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8291
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7480
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7200
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7122
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6761
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6638
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6586
Azərbaycan nefti ucuzlaşıb
6234
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6221