AZ

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Artıq yay fəslini yaşayırıq. dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs keyfiyyətli dondurma necə anlaşılır. Dondurma sezonu başladı. Sağlamlığımız üçün nəyə diqqət etməliyik?

Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlama verib.

Qida eksperti dondurmanın necə yeyilməsinə aydınlıq gətirib:

Dondurma ilə bağlı bəzi məqamlara diqqət etməliyik.
- həssas mədəsi olan insanlar ac qarnına dondurma yeməməlidirlər.
- çox soyuq halda yemək mədənizə pis təsir edəcəkdir.
- yavaş-yavaş və kiçik dişləmlərlə yeməyə çalışın.
- süd tozu ilə hazırlanan dondurma süd ilə hazırlanandan 8 qat daha yağlıdır.
- sağlam şəraitdə istehsal olunmayan və saxlanılmayan dondurma zəhərlənmə ilə nəticələnə bilər.
- dondurmanın şəkər miqdarına və şəkərin nədən hazırlandığına diqqət edin.
- rəngli dondurmalardan uzaq durun.
- gün ərzində dondurmanı az yeyin, dondurma yağ tərkibli olduğu üçün qanda xolesterinin yüksəlməsinə, tərkibində şəkər olduğu üçün qan şəkərinin yüksəlməsinə, hormonal balanssızlığa, kökəlməyə səbəb ola bilər.

Sağlamlığınız üçün istifadə etdiyiniz hər qidadan qədərində yeməyə çalışın. Sağlam qida sağlam gələcəkdir!".

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq