AZ

Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini AÇIQLADI

 
"Bu itkilərə Rusiyanın özəl həbi şirkətlərində xidmət edən və fərari hərbi qulluqçuları daxil deyil..."
 
Britaniyalı məmurun deməsinə görə, işğalçılar çoxlu sayda zirehli texnika itirib
 
Rusiyanın Ukraynada həlak olan və yaralanan hərbi qulluqçularının itkiləri təxminən 450 min nəfər təşkil edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The İnsider" nəşri Böyük Britaniya Silahlı Qüvvələri üzrə baş katibin müavini Leo Doqertiyə istinadən məlumat verib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Nəşr qeyd edir ki, bu rəqəmə Rusiyanın özəl hərbi şirkətlərində xidmət edən və həlak olan hərbçiləri daxil deyil.
 
Bu rəqəmə həmçinin ordudan fərarilik edən hərbçilər də daxil deyil, onların sayı isə, Doqertinin sözlərinə görə, "on minlərlədir".
 
"Bizim dəyərləndirmələrimizə görə, ukraynalılar tərəfindən Rusiyanın 10 mindən artıq döyüş maşını, o cümlədən təxminən 3 min əsas döyüş tankı, 109 təyyarə, 136 helikopter, 346 pilotsuz uçuş aparatı, bütün siniflərdən olan 23  hərbi-dəniz gəmisi və 1500-dən artıq bütün tiplərdən olan artilleriya sistemləri məhv edilib və ya ələ keçirilib", - Doqerti qeyd edib.
 
Rusiya orusunun bugünə olan itkiləri
 
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat verir ki, 26 aprelə olan məlumata görə, Müdafiə Qüvvələri tərəfindən 463 min 930 nəfər rusiyalı hərbçi aradan götürülüb və ya yaralanıb.
 
Bundan başqa, Ukrayna qoşunları işğalçıların 7 262 tankı, 13 957 PDM-i cə 11 867 artilleriya sistemini məhv edib.
 
Ötən ilin avqust ayında "The New York Times" nəşri məlumat verib ki, hər iki tərəfin həlak olan və yaralananlarla birliklə itkiləri 500 minə yaxınlaşır. Onlardan 300 mini Rusiyanın, 170-190 mini Ukraynanın payına düşür.
Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq