AZ

Azərbaycanın hərbi qulluqçusu minaya düşüb

Azərbaycanın

Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Seçilən
19
28
Mənbələr
Şərh ()
Bağla