AZ

Səhiyyə naziri əhaliyə çağırış etdi - Elektron reseptin hansı üstünlükləri var? – VİDEO

Elektron resept Səhiyyə Nazirliyi üçün qürurverici bir layihədir.

Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib.

Mir Şahinin suallarını cavablandıran nazir elektron resept tətbiqinin yerli mütəxəssislər tərəfindən təxminən 6 ay ərzindəhazırlanıb istifadəyə verildiyini bildirib.

“Biz düşünürük ki, elektron resept vətəndaş üçün maksimal dərəcədə onun sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirib, əlçətanlığı təmin edən bir platformaya çevriləcək. Bilirsiz ki, son bir il ərzində dərman vasitələrinin pərakəndə və topdan satış qiyməti barədə, onların orjinal və saxta olmaları barədə, dələduzluq barədə mövzular kifayət qədər gündəmdə olub. Səhiyyə sistemində şəffaflığı əmin etmək üçün elektron reseptdə bütün bu məqamlar öz əksini tapıb. Vətəndaş həmin platformadan istifadə edərək Azərbaycan Respublikasının Tarif Şurasının ölkəyə idxal olunmuş və rəsmi qeydiyyatdan keçmiş dərman vasitələrinə qoyduğu maksimum qiyməti həmin sistemdə görə bilir”, - deyə nazir qeyd edib.

Nazir sonda vətəndaşları tətbiqi yükləyib istifadə etməyə çağırıb.

Elektron reseptin üstünlükləri barədə daha ətraflı məlumat aşağıdakı videoda:




Aysel

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla