AZ

Kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvəl həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O, bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.

İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə gecələməsi müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran rayon Məhkəməsinin çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.

Seçilən
40
20
Mənbələr
Şərh ()
Bağla