AZ

Basketbol Liqasında pley-off oyunlarının vaxtı açıqlandı

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsi çərçivəsində keçiriləcək oyunların vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, pley-off görüşləri 4 gün ərzində baş tutacaq.

Pley-offa 1/4 finaldan başlayacaq komandaların oyunlarının təqvimini təqdim edirik:

30 aprel
19:30. “Xırdalan” – “Neftçi”

1 may
19:30. “Xəzri” – “Sərhədçi”

2 may
19:30. “Neftçi” – “Xırdalan”

3 may
19:30. “Sərhədçi” – “Xəzri”

Qeyd edək ki, pley-off seriyasında ən tez iki qələbə qazanan komandalar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Seçilən
16
4
Mənbələr
Şərh ()
Bağla