AZ

Neftin qiyməti 121 dollar olarsa İran büdcə kəsrinə tuş gəlməyəcək

Beynəlxalq Valyuta Fondunun növbəti hesabatına istinadən dünya bazarında neftin 1 barrelinin qiyməti 121 dollara qalxarsa İran 2024-cü ildə büdcə kəsrinə düşməyəcək.

Fond hesabatını aprelin 28-də “bölgə, Orta Şərq və Mərkəzi Asiyada iqtisadi perspektiv” başlığı ilə nəşr edib.

İranın daxilində ekspertlərin hesablamalarına əsasən neftin qiyməti 121 dollara qalxdığı təqdirdə İran cari il üzrə büdcə kəsrinə tuş gəlməyəcək

Lakin valyuta Fondunun hesabatına görə dünya bazarında İranın neftindən də baha olan Brent neftinin qiyməti 90 dollardan aşağı alış-veriş olunur.

Fond həmçinin hələ cari ildə Brent nefti qiymətinin 79 dollardan aşağı enəcəyini proqnozlaşdırıb. 

Mütəxəssislərin fikrincə İranın Çinə neft satışında hər barrell üzrə 13 dollar endirim etdiyini nəzərə alaraq Tehran üçün büdcə kəsrini doldurmaq daha da çətin görünür.

visiontv.az



Seçilən
28
Mənbələr
Şərh ()
Bağla