AZ

Samirə Yusifqızı: “İt kimi öləcəksiniz”

“Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyim var, nə də başqa bir şey. Bilsələr ki, onlardan xoşum gəlmir, zəhləm gedir sabah başlayacaqlar ayağımın altını qazımağa. Onsuz da edirlər, bir az da artıq edərlər. Ona görə yalandan yola verirəm”

Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib.

O daha sonra sənət yoldaşlarının ölümünə sevinən həmkarlarına səslənib:

“Siz ölməyəcəksiniz ki? Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?! Kimdən artıqsınız? Ölənlərdən?! Heç kimdən artıq deyilsiniz, hamınız öləcəksiniz. Kim-kimə nə arzulayırsa, o bunu görüb həyatdan köçəcək. Tam arxayın olsunlar. Çox ayıb olsun ölümə sevinənlərə! Çünki insan başına nə gələcəksə, onu bilmir. Xoş hallarına ki, sənətçi dostlarımız ev-eşiklərində balalarının yanında abır-həya ilə ölüb getdilər. Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi! İnsan gərək nə qədər mənliyini, şərəfini itirsin ki, kiminsə ölümünə gülsün, sevinsin! Onlara adam deməyə dilim gəlmir. Haram olsun onlara sənət cameəsində tutduqları pillə! İnsanlığa yaraşmaz! Ölənin arxasınca danışmazlar! İnsan ölüb gedib, o, Allahına cavab verəcək. Bəndə kimdir ki, onun arxasınca danışır?! Hamının səhvi, günahı var! Ayıb olsun!”

Samirə Yusifqızı kişi toylarına son illər nadir hallarda dəvət aldığını bildirib:

“Əvvəllər Oqtay Kamillə kişi toylarına daha çox dəvət alırdım. İndi çox azdır. Təsadüf hallarda, demək olar ki, olur. Allah xalqımıza, millətimizə o qədər imkan versin ki, eybi yox, bizi çağırmasalar da, olar. Biz ancaq xeyir iş istəyirik. Mən müğənniyəm, mahnı oxuyuram. Oxuyacağam da. Nə qədər Allah mənə güc veribsə, musiqilərimlə sənətə xidmət edəcəyəm”.

Seçilən
49
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2986
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2492
Bakıda hoteldə yanğın başlayıb
2080
Bu yol qovşağında təmir işləri aparılacaq
2035
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1131
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1088
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
893
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
852
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
836
Çingiz Mustafayevin toyudur - FOTOLAR
806
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
748
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
706
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
617
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
610
Sabah 5 kəndin qazı kəsiləcək
607
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
599
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
561
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
528
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
481
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470