AZ

Azərbaycanda 4 bankın biznes kredit portfeli – 1 MİLYARD MANATDAN ÇOXDUR

Cari ilin ilk rübündə Azərbaycanda ən çox biznes kreditləri portfelinə malik olan bankların adları məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının biznes kreditlərinin həcmi üzrə hazırladığı renkinqə xəbər verir ki, ən yüksək göstərici “Paşa Bank”a məxsus olub – 2 milyard 817,6 milyon manat.

Bank sektorunun lideri, aktivlərinin həcminə  görə ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı-ABB-nin kredit portfeli 2 milyard 637,5 milyon manat olub.

1-ci rübün sonuna «Kapital Bank»ın biznes kreditləri 1 milyard 391,6 milyon manat, «Xalq Bank»ın kreditləri isə 1 milyard 216,7 milyon manat təşkil edib.

Azərbaycanda biznes kreditlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)

Rüb ərzində biznes kreditlərini bir qədər də artıran «Bank Respublika»da biznes kreditlərinin həcmi 804,4 milyon manat olub, «Accessbank» isə kreditlərini 801 milyon manata çatdırıb.

Ən az biznes krediti olan bank isə «Bank Avrasiya»dır - 63,8 milyon manat.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla