AZ

BMU-nun əməkdaşları Misirdə olub

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən ICPC RCD (Regional Müsabiqə Direktorları) beynəlxalq simpoziumunda iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki,universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə (ICPC Azərbaycan regional direktoru və koordinatoru) və elektron sistem inzibatçısı Rauf Süleymanlının (ICPC Azərbaycan texniki komitənin rəhbəri) qatıldığı simpozium İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) dəstəyi ilə, “Technest” layihəsi üzrə reallaşdırılan “ICPC-tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin final mərhələsi çərçivəsində təşkil olunub.

 

BMU əməkdaşları müsabiqənin qlobal baş sponsorları “Huawei”, “JetBrain” və digər sponsor şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə də iştirak ediblər.

 

“ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. BMU Azərbaycan ali təhsil müəssisələrinin komandalarının 2000-ci ildən etibarən qatıldığı bu müsabiqənin ölkə üzrə regional mərhələsinə ev sahibliyi edir.

 

Bu il keçirilən 46-cı və 47-ci “ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələlərində 50 ölkənin 170 universitetindən 254 komanda iştirak edib. Müsabiqənin sonunda qaliblərin mükafatlandırma və bağlanış mərasimi keçirilib.

 

Onu da qeyd edək ki, iki gün davam edən simpoziumdan sonra hər bir region üzrə ölkələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycanın da təmsil olunduğu (9 ölkə) iştirak etdiyi NERC (Şimali Avrasiya Regional Müsabiqəsi) iclasında ölkələr üzrə regional direktorlar hesabat xarekterli çıxışlar edib.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16486
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16114
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15614
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13670
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12471
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9685
"Zaur, yenə çaşdın..." - VİDEO
7933
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6193
Minimum əmək haqqı nə qədər arta bilər?
6103
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5446
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5301
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5252
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4529
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4288
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4211
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3282
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3275
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3055
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3017