AZ

Tanınmış aktyor parklanma qiymətlərindən ŞİKAYƏTLƏNDİ: “Onda gərək maşını sataq, verək parkinqə”

“Parkinq məsələsi biz aktyorlar üçün də böyük problemə çevrilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor İlqar Musayev yeni yaradılmış parklanma sistemi və qiymət artımı ilə bağlı qarşılaşdığı problemlərdən danışarkən deyib.

Gün ərzində vaxtının çoxunu çəkilişlərdə keçirən aktyor parklanma məsələsində əziyyət çəkdiyini dilə gətirib:

“Mənim iş yerim olan Bakı Bələdiyyə Teatrı Heydər Əliyev Sarayının yaxınlığında yerləşir. Orada maşın saxlaya bilmirik. Səhər saat 10-da məşq başlayır, saat 1-də bitir. Sonra serial çəkilişində olmalıyam. Özüm də Ramanadan gəlirəm. Maşında kostyumlar, geyimlər… Gəlib çatırsan, parklamağa yer yoxdur. “28 may”dan “Nizami” metrosunun yanına qədər gedirəm, Qış parkının yanında kiminsə evinin yanında saxlayırsan. Çıxanda görürsən, avtomobilin üstünə yazıblar ki, burada maşın saxlama. Bilmirsən, neyləyəsən. Parkinq var, amma azı maşın 8-10-14 saat maşın parklanmada qalır. Qiyməti nəzərə alsaq, onda gərək maşını sataq, verək parkinqə. Piyada da mənzil başına gedib çatmaq olmur. İstərdim teatrın işçiləri nəzarə alınsın, yanında olmasa da, yaxınlığında saxlamağa icazə verilsin. Həmçinin tibb ocaqları və məktəblərdə bu nəzərə alınsın. Başqa heç kim də orada maşın saxlamasın. Yalnız oranın qeydiyyata olan nömrəsi yazılsın. Dünyanın bir çox ölkələrində belə təcrübə var”.

Cəvahir

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla