AZ

Ermənistan prokurorluğu Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb etdi


Ermənistan prokurorluğu məhkəmədən Ermənistanın ikinci prezidenti Robert Köçəryana və “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyana məxsus onlarla daşınmaz əmlakın, habelə yüz milyonlarla dollar dəyərində vəsaitin müsadirə edilməsini tələb edib.
Yeniavaz.com
“news.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan aprelin 29-da Milli Assambleyada Dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında Baş Prokurorluğun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Beləliklə, prokurorluq Köçəryanın və onunla əlaqəli olan 7 nəfərin 25 daşınmaz əmlakını müsadirə etmək istəyir. Onlar həmçinin eks-prezidentin 5 avtomobilini və 4 milyon dollarlıq səhmini dövlətin xeyrinə müsadirə etmək istəyirlər. “Prokurorluq Köçəryanın 16 hüquqi şəxsin fəaliyyətində iştirakına xitam verməyə çalışır. Üstəlik, həm Ermənistanda, həm də xaricdə”, - Vardapetyan bildirib.
Amma prokurorluğun vəzifələri bununla məhdudlaşmır. Anna Vardapetyanın sözlərinə görə, departament 10 milyard dram dəyərində kredit tələb etmək hüququnun müsadirə edilməsində də israrlıdır. Daha 35 milyard dollar qeyri-qanuni hesab edilir və müsadirə edilməlidir.
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla