AZ

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılsa da, tərəflər hələ də səfərin tarixi ilə bağlı razılığa gələ bilməyiblər. 


Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Agentliyə açıqlama verən mənbə deyib ki, hələlik səfərin vaxtı ilə bağlı konkret heç nə yoxdur:

 

“Ümid edirik ki, bu, yaxın gələcəkdə dəqiqləşəcək. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin səfəri ilə bağlı razılığı təsdiqləyib”. 


Xatırladaq ki, 2023-cü ilin ikinci yarısında da Putinin Türkiyəyə səfəri nəzərdə tutulurdu. Amma müəyyən səbəblərdən səfər alınmadı və əvəzində noyabrda Ərdoğan Soçiyə səfər edərək burada Putinlə görüşdü. 


Ekspertlər oxşar halın yenidən təkrarlanmasını istisna etmirlər.  


Vasif
 

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla