AZ

“Səbail” Premyer Liqada 200-cü oyununu keçirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 32-ci turu “Səbail” klubu üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

“Qartallar”ın yubileyi “Sabah”la səfər matçına təsadüf edib. Hesabında 50 qələbə və 44 heç-heçə olan komanda 106-cı məğlubiyyətini alıb – 0:2.

“Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. 2017-ci il avqustun 13-də “Zirə”nin qonağı olan “dənizçilər” 1:3 hesabı ilə məğlub olub.

Seçilən
22
5
Mənbələr
Şərh ()
Bağla