AZ

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cənab İlham Əliyev gecə-gündüz yorulmadan çalışır, mütəmadi olaraq xarici ölkələrə səfərlər edir".

Bu sözləri BiG.AZ-A Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfər etməsi iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək. Səfərin Rusiya sülhməramlılarının Qarabağdan çıxmasından və Qazaxın işğal altında olan 4 kəndinin qaytarılmasından sonra baş tutması bu səfərin xüsusi əhəmiyyətindən xəbər verir.

"Səfər çərçivəsində Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirilən görüş zamanı Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu sahədəki səmərəli fəaliyyəti vurğulandı. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinin yaranmasında yüksək rolundan bəhs olundu:
"Ümumiyyətlə elə bir sahə yoxdur ki orada xalqımızın böyük oğlu Heydər Əliyevin izi olmasın. Xalqımızın xilaskarı Heydər Əliyev təkcə Azərbaycanı bəlalardan xilas etmədi eyni zamanda ölkəmizin xoşbəxt və firavan gələcəyini təmin etdi. Heydər Əliyevin fəaliyyətini heç bir sözlə ifadə ifadə etmək mümkün deyil. Böyük siyasət qrossmeysteri Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi siyasətçi yetişdirməsi olmuşdur. Məhz Ulu Öndərimizin özü qədər inandığı, etimad göstərdiyi cənab İlham Əliyev ona olan bütün ümidləri və etibarı tamlıqla doğrultdu və Ata Vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycan tam suveren və nüfuzu, qüdrəti günbəgün artan, dünya dövlətlərinin hesablaşdığı, qalib xalqdır.
Səfər zamanı ölkə Liderləri Azərbaycanla Rusiya arasında mövcud münasibətlərin və yeni yeni əməkdaşlıq sahələrinin inkşafını müzakirə etdilər. Məhsuldar keçən müzakirələr ölkələrimiz arasındakı əlaqələrin inkşafına töhvə verəcək, Azərbaycanın regional əhəmiyyətini və imkanlarını artırmaqla yanaşı yeni-yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq".
AYSEL ƏKBƏR


BiG.Az
Seçilən
5
Mənbələr
Şərh ()
Bağla