AZ

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisdə Azərbaycanda bədəlli -yəni ödənişli əsaslarla hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürüldü. O cümlədən Azərbaycanda hərbi çağırış yaşının 18-dən 20-ə qaldırılması ilə bağlı müzakirələr hər zaman aktual olub. Bu baxımdan Azərbaycanda hərbi çağırış yaşı 20-ə qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, Azərbaycanda təkcə hərbi çağırış yaşının artırılması ilə bağlı deyil, ümumiyyətlə çağırışçıların son yaş həddinin endirilməsi ilə bağlı addımlar atılmalıdır:

"Belə ki, Azərbaycanda çağırışçıların son yaş həddi 35-dir. Hesab edirəm ki, bunun daha aşağı endirilməsi ilə bağlı işlər görülə bilər. Məsələn dünyanın bir çox ölkələrində maksimum hədd 30 yaşdır. Məsələn Rusiya və Ukrayna kimi müharibə aparan ölkələrdə yaş həddi 27-dir. Düşünürəm ki, bu yaş həddinin aşağı endirilməsi düzgün addım olar. Əslində bu vacibdir. 35 yaşda insan orada necə xidmət edə bilər? Həmin çağırışçını xidmətinin necə yararlı olacağına dair heç məlumat verə bilməz. Azərbaycanda hərbi çağırış yaşının 20-22-ə qaldırılması inandırıcı deyil. Bunun baş verməsi üçün əsaslandırmalar lazımdır. Hesab edirəm ki, bunları düşünmək lazımdır və birdən-birə verilə biləcək qərar deyil. Burada əsas məsələ son yaş həddinin endirilməsi ilə bağlı işlər görüləcək. Azərbaycan bu sahədə demək olar ki, digərlərindən çox geridə qalıb. Çünki 35 yaş həddi həddindən artıq çoxdur və bununla bağlı münasib işlər görülməlidir".

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla