AZ

Qazaxda mina partladı - Xəsarət alan var

Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var.

Teleqraf.com xəbər veruir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 29-da qeydə alınan mina partlayışı nəticəsində xəsarət alan şəxs əməliyyata götürülüb, ayağının bir neçə barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.//Report.az


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
8
teleqraf.com

7Mənbələr