AZ

Qida təhlükəsizliyinə dair bir sıra fərman və sərəncamlarda dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanununicrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzifərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə fərmanimzalayıb.

Trend xəbər verir ki, fərmanda deyilir:

"1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 apreltarixli 575 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2003, № 9, maddə 480 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluhaqqında” Əsasnamənin 12.2-ci bəndində “ərzaqlar” sözü “qidalar”sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqusttarixli 383 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I)ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakınınözəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.3.6-cı yarımbəndində“Yeyinti sənaye” sözləri “Qida sənayesi” sözləri ilə əvəzedilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevraltarixli 187 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2005, № 2, maddə 63 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin3.26-cı bəndində “ərzaq və qeyri-ərzaq” sözləri “qida vəqeyri-qida” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 apreltarixli 226 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyihaqqında Əsasnamə”nin 11.33-cü bəndində “ərzaq” sözü “qida” sözüilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabrtarixli 511 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2006, № 12, maddə 1058 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar NazirliyininMülki müdafiə qoşunları haqqında Əsasnamə”nin 8.2.11-ciyarımbəndində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəzedilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 maytarixli 626 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1,maddə 21) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyatakeçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.7-2.1-ci yarımbəndində“tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması,daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)”sözləri “istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhvedilməsi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyultarixli 985 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I) ilə təsdiqedilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindənAzərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxudkommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görəödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.3.2-ciyarımbəndində “ərzaq malları” sözləri “qida məhsulları” sözləri iləəvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 apreltarixli 1341 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2017, № 4, maddə 555 (Cild I) ilə təsdiqedilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləriüçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın1.3.1-ci yarımbəndindən və 3.14-cü bəndindən “(yeyinti)” sözüçıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabrtarixli 1624 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I) ilə təsdiqedilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nin2.2.9-cu yarımbəndində “ərzaq” sözü “qida məhsulları” sözləri iləəvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 marttarixli 975 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); AzərbaycanRespublikası Prezidentinin 2024-cü il 8 fevral tarixli 2466nömrəli, 13 mart tarixli 19 nömrəli və 14 mart tarixli 22 nömrəlifərmanları) ilə təsdiq edilmiş “Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Nazirliyi yanında MilliHidrometeorologiya Xidməti haqqında Əsasnamə”nin 4.0.10-cuyarımbəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabrtarixli 517 nömrəli Sərəncamı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2004, № 11, maddə 940 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın “AzərbaycanRespublikasında demoqrafiya və əhali sakinliyinin inkişafısahəsində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcəkTədbirlər” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

11.1. 5.2.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “yemdə,ərzaq məhsullarında” sözləri “yem və qida məhsullarında” sözləriilə əvəz edilsin;

11.2. 5.2.8-ci yarımbəndin “Tədbirin adı” sütununda “Ərzaq” sözü“Qida” sözü ilə əvəz edilsin;

11.3. 5.2.20-ci yarımbəndin “Tədbirin adı” sütununda “ərzaqmallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsinvə həmin yarımbəndin “İcraçılar” sütununa “Ekologiya və TəbiiSərvətlər Nazirliyi,” sözlərindən sonra “Qida TəhlükəsizliyiAgentliyi,” sözləri əlavə edilsin;

11.4. 5.2.21-ci yarımbəndin “Tədbirin adı” sütununda “ərzaq”sözü “qida” sözü ilə əvəz edilsin və həmin yarımbəndin “İcraçılar”sütununa “Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözlərindənsonra “Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin.

12. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarınınfəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16yanvar tarixli 221 nömrəli Sərəncamının (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2014, № 1, maddə 34 (Cild I) adında, 2.5-cibəndində və 3-cü hissəsində “ərzaq” sözü “qida” sözü ilə əvəzedilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevraltarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2018, № 2, maddə 275 (Cild I) ilə təsdiqedilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmistatistikanın inkişafına dair Dövlət Proqramı”nın “5. DövlətProqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin5.1.2.8-ci yarımbəndinin “Tədbirin adı” və “Tədbirin məqsədi”sütunlarında “ərzağa əlyetərliyi” sözləri “qida məhsullarınaətçatanlığı” sözləri ilə əvəz edilsin.

14. “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli199 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2018, № 6, maddə 1282 (Cild I) 1.3-cü bəndində “Yeyintiməhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-cimaddələrinin” sözləri “Qida təhlükəsizliyi haqqında” AzərbaycanRespublikası Qanununun” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyultarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nda aşağıdakı dəyişiklikləredilsin:

15.1. 1.1-ci bəndin səkkizinci abzasında “ərzaq məhsulları”sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin;

15.2. 7-ci hissədə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın Tədbirlər Planı”nın 1.1.9-cu yarımbəndinin 3-cüabzasının “İlkin nəticələr” sütununda “ərzaq” sözü “qida” sözü iləəvəz edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvartarixli 3721 nömrəli Sərəncamı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2023, № 1, maddə 114 (Cild I) ilə təsdiqedilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün DövlətProqramı”nın “8. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsinin8.2.4-cü yarımbəndinin “ilkin nəticələr” və “aralıq nəticələr”sütunlarından “bioloji fəallığa malik qida əlavələrinə,” sözləriçıxarılsın".

Seçilən
117
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3635
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3500
Bu yol qovşağında təmir işləri aparılacaq
2989
Bakıda hoteldə yanğın başlayıb
2568
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1669
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1558
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1374
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1222
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1198
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1190
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1032
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1009
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
913
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
898
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
876
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
842
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
814
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
802
Sabah 5 kəndin qazı kəsiləcək
755