AZ

Babək rayonuna icra başçısı təyin olunan Ovni Muradov kimdir? – DOSYE 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Həmin vəzifəyə Ovni Mehbalı oğlu Muradov təyin olunub.

Bizim.Media xəbər verir ki, o, bir müddət Babək rayonun Nehrəm kənd 2 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Babək rayonunun icra başçısı vəzifəsindən azad olundu – YENİ TƏYİNAT 


O.Muradov 2018-ci ilin sentyabrında Babək Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Sonrakı dövrdə o, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb. 

Eyni zamanda, Ovni Muradov Tələbə Qəbulu uzrə Dölət Komissiyasının nəşrlərinin müəllifi olan ilk naxçıvanlıdır.

Bizim.Media

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla