AZ

Muğlada ağır qəza, 14 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərində 2 mikroavtobusun toqquşması nəticəsində 14 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Milas-Muğla avtomobil yolunda qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan 14 nəfər Milas Dövlət Xəstəxanasına aparılıb.

Qəzadan sonra alovlanan nəqliyyat vasitələri Muğla Bələdiyyəsinin əməkdaşları tərəfindən söndürülüb.

Qəza və yanğın nəticəsində avtomobillər yararsız hala düşüb.

Şəbnəm Mehdizadə

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla