AZ

Türkiyə Putinin gəlişini gözləyir, amma...

Türkiyə yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinin gəlişini gözləyir, lakin tərəflər hələlik səfərin tarixləri ilə bağlı razılığa gələ bilməyiblər.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentlik həmsöhbətindən sitat gətirib: “Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, bu, yaxın gələcəkdə aydınlaşacaq”.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin səfəri ilə bağlı razılığı təsdiqləyib. O, rusiyalı həmkarı ilə tez-tez telefon danışığı apardığını da qeyd edib. Ərdoğan Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb. “İnanıram ki, bu məsələyə ən qısa zamanda aydınlıq gələcək”, - Türkiyə lideri yekunlaşdırıb.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla