AZ

Bakı-İrəvan xəttində yeni gəlişmə: İlk dəfə bu şəhərdə görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Xəbər verdiyimiz kimi, Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan nazirlərinin görüşünün təşkili təklifini verib. Görüşün Almatıda keçiriləcəyi dəqiqləşib”, - Badalyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla