AZ

Livanın cənubundan İsrail hərbi obyektlərini raketlərlə vurduq -HƏMAS

 “HƏMAS”-ın silahlı qanadı İzzədin əl-Qəssam Briqadaları Livanın cənubundan İsrail hərbi obyektlərini vurduğunu açıqlayıb.

Bu barədə “İki sahil” "NTV"yə istinadla xəbər verir. 

Onlar Livanın cənubundan İsrail ordusunun mövqelərini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

"HƏMAS"ın bu gün Misirin paytaxtı Qahirədə vasitəçilərlə görüşündə atəşkəs planına cavab verəcəyi gözlənilir.

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Qəzzada girovların azad edilməsi və atəşkəsin bərqərar olaması ilə bağlı danışıqlar aparır.

Blinken bu gün Yaxın Şərq səfərinin ilk mərhələsində Səudiyyə Ərəbistanındadır.

O, daha sonra İordaniya və İsrailə gedəcək.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq