AZ

Cəlal yeni təklif almayıb: “Avrokuboka vəsiqə üçün mübarizə aparacağıq”

“Arda”da vəziyyət stabildir. Hazırda 7-ci pillə üçün oynayırıq. Əgər bu pilləni tuta bilsək, daha sonra 4-cü yeri tutan komanda ilə avrokubok matçı üçün mübarizə aparacağıq” – bunu futbolinfo.az-a açıqlamasında Bolqarıstanın “Arda” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov deyib.

Müdafiəçi adı çəkilən ölkənin çempionatında komandasının vəziyyətindən danışıb: “Ümumi durum da yaxşıdır. Son 8-9 oyundur ki, demək olar, tam əsas heyətdə çıxış edirəm. Axrıncı oyunumuzda sonradan 20 dəqiqə meydanda oldum”.

Hüseynov yenidən Azərbaycana qayıdacağı ilə bağlı xəbərləri belə şərh edib: “Mən də bunları mediadan oxuyuram. Ya da yaxın insanlar mənə deyirlər ki, belə söz-söhbətlər var. Amma açığı, nə elə bir fikrim yoxdur, nə də hansısa klubdan təklif almışam”.

Futbolçu “Zirə”dən heç kimin onunla əlaqəyə keçmədiyini deyib: “Onlardan da təklif almamışam. Belə bir fikir varsa, məni də tanıyırlar, agentimi də. Mənim üçün doğma klubdur, amma təklif almamışam. Heç başqa xarici klublardan da təklifim yoxdur. Hazırda “Arda” üçün vacib oyunlar var və onlara köklənmişəm. Bundan sonra növbəti mövsüm barədə düşünə bilərəm”.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla