AZ

Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci tur 2023/2024 mövsümünün tamaşaçı rekordunun yenilənməsi ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, bu, 32-ci turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, Azərbaycan Premyer Liqasında cari mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.

Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. 21-ci turun qarşılaşmasında 8100 seyrçi qeydə alınmışdı.

Qeyd edək ki, “Sumqayıt” ev matçında “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanıb.

Seçilən
44
45
Mənbələr
Şərh ()
Bağla