AZ

Respublika Neyrocərrahiyyə Xəstəxanasında tələbələrə nevrologiya və neyrocərrahiyyə ixtisası üzrə rotasiyalar keçirilir

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təhsil proqramına əsasən hər il Respublika Neyrocərrahiyyə Xəstəxanasında IV kurs tələbələrinə nevrologiya və neyrocərrahiyyə ixtisası üzrə 10 günlük rotasiyalar keçirilir.

 

Bu məlumat Aztibb.az-aNeyrocərrahiyyə Xəstəxanasından verilib.

 

Bildirilib ki, cari ilin IV rotasiyasında da Respublika Neyrocərrahiyyə Xəstəxanasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının IV kurs tələbələrinə həkim-neyrocərrah Rəfael Bayramov tərəfindən nevrologiya və neyrocərrahiyyə ixtisası üzrə mühazirələr keçirilib. Mühazirələr zamanı həkim-neyrocərrah Rəfael Bayramov tələbələrə beyinin qan dövranı, işemik insult, hemorragik insult, epilepsiya və digər başqa nevrologiya və neyrocərrahiyyə ixtisasına aid mövzuları izah edib.

 

Mühazirələrin fonunda tələbələr həm də tibb müəssisəsinin Əməliyyatxana bölməsində olub, təcrübələr qazanıblar.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla