- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 29 aprel, AZƏRTAC
Fələstini boykot etdiyi üçün KFC-nin Malayziyada 100-dən çox restoranı bağlanıb.
AZƏRTAC “The Straittimes” saytına istinadla xəbər verir ki, daha çox restoran fililalının fəaliyyətini dayandıracağı gözlənilir. Qonşu mağazalarda çalışan işçilər restoranların müştəri çatışmazlığı səbəbindən bağlandıqlarını bildiriblər.
Malayziyada 600-dən çox KFC restoranı var. “KFC”, “Starbucks” və “McDonald's” kimi ABŞ brendləri Qəzzada müharibə başlayandan bəri İsraillə əlaqəsi olduğuna görə boykotla üzləşib.
Malayziyanın ən sənayeləşmiş əyaləti olan Selanqorda 11 “KFC” filialı bağlanıb.